Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Qurban Qurbanov ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nərmin Xanməmmədovaya ağır xəsarət yetirib.
Qadın aldığı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı arşdırma aparılır.