Abşeron rayonunda beş yaşlı qıza təcavüz etməkdə günahlandırılan gənc saxlanılıb.
Bu barədə Oxu.Az-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Masazır kəndində 18 yaşlı E.A. polis tərəfindən yaxalanıb və istintaqa təhvil verilib. Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 150-ci (Cinsi Zorakılıq) maddəsi ilə cinayət işi açıb. Hazırda cinayətin təfərrüatı araşdırılır.
Qeyd edək ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da baş verib. Bu ilin sentyabr ayının 18-də yeddi yaşlı qıza qarşı seksual zorakılıq olunub. Cinayətdə zərərçəkənin valideynlərini ziyarətə gələn qohumu ittiham olunur.
Faktla bağlı hazırda Suraxanı Rayon Prokurorluğu araşdırma aparır. Hələlik məsələ ilə bağlı heç kim saxlanılmayıb.