Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus su borusunda qəza olub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Bildirildiyinə görəi, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.
Dərhal ərazini agentliyin Yolların mühafizə xidmətinin əməkdaşları nəzarətə götürüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.
Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.