Cəlilabadda qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB



Cəlilabadda ağır yol-nəqliyyat qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Dələli kəndi ərazisində "Mercedes" markalı minik avtomobili aşıb.

Nəticədə Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Şikar Əli oğlu Dadaşov və sərnişinlər - 1961-ci il təvəllüdlü Xatirə Əyyub qızı Dadaşova, 1984-cü il təvəllüdlü Xəyalə Şikar qızı Dadaşova və 2006-ci il təvəllüdlü Elmin Emin oğlu Əlibəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Avtomobildəki sərnişinlərdən 1980-ci il təvəllüdlü Emin İntiqam oğlu Əlibəyli isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 10.50

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.

Hazırda ölən şəxsin və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.