Bakıda külək 20 kiloluq daşları yerə saldı 


Dünən gecə davam edən güclü külək fəsadlara səbəb olub.
Lent.az -ın məlumatına görə, paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində 29 saylı uşaq-böyrək sanatoriyasının sovet dönəmindən qalma aqlay örtüyü uçub. Fasad daşlarının uçması gecə saatdan 2-dən 3-dək davam edib. Ağırlığı 20 kq ətrafında olan daşlar binanın giriş-çıxış hissəsinə düşüb. Hadisə gecə saatlarında olduğu üçün xoşbəxtlikdən xəsarət alan olmasa da, vətəndaşların su xəttinə zərər dəyib. Digər təhlükəli tərəf isə, daşların düşdüyü yerdə içərisində ailə yaşayan "şifer"li evin olmasıdır. Fotolardan da göründüyü kimi, növbəti belə hadisə zamanı 20 kq-lıq daşların evə düşmə ehtimalı böyükdür.
Qeyd edək ki, sözügedən binada 20 ildən artıqdır ki, işğal altında olan müxtəlif rayonlardan məcburi köçkünlər yaşayırlar. Onu da bildirək ki, yaşayış üçün nəzərdə tutulmayan binanın zirzəmisi kanalizasiya suları ilə dolduğundan sakinlər rütubət və onun fəsadlarından əziyyət çəkirlər.