Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 06 radələrində rayonun Şəki-Qoxmuq avtomobil yolunda qeydə alınıb.
Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Dəmir Məhəmməd oğlu Musalovu yolu keçərkən kiçiktutumlu yük maşını vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan D. Musalov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan bildirilib ki, Reanimasiya şöbəsinə yerləşdirilən D.Musalova qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.