Oğuzda yaşlı kişi qoz ağacından yıxıldı: Qara ciyərinə qan sızdı


Oğuzda yaşlı kişi qoz ağacından yıxılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xalxal kəndində qeydə alınıb.

Kənd sakini, 56 yaşlı İlham Mikayılov qoz yığmaq üçün ağaca çıxıb. O, ehtiyatsızlıqdan ağacdan yıxılıb. Dərhal Oğuz rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya bədənin müxtəlif nahiyələrində sınıq və qara ciyərinə qan sızması diaqnozu qoyulub.

Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.