Bakıda oteldə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.