Bərdədə maşın ağaca çırpıldı: Ölənlər və yaralılar var 


Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Soğanverdilər kəndi ərazisində baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

“VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək iri gövdəli ağaca dəyib.

Hadisə zamanı maşında dörd nəfər olub. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan ikisi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.