Bakı-Sumqayıt yolunda qəza olub

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə "Saray" postu yaxınlığında qeydə alınıb. Bakı istiqamətdə hərəkət edən "Mercedes" markalı minik avtomobili evakuatorla toqquşub. Minik avtomobilin sürücüsü qəzada ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.