Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı-Əlisoltanlı yolunda Naxçıvan şəhər sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Saatlı rayon Xəstəxanasına məxsus təcili tibbi yardım maşını ilə toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.