“Mercedes” aşaraq yandı

Mingəçevir şəhərində yol qəzası baş verib.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib, avtomobil aşıb və nəticədə avtomobildə yanğın olub.

Avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Bayraməliyev Elçin Şair oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.