Bakıda yaşayış binasındakı yanğın söndürüldü 

Bakıda binada baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.