Şəkidə yıxılan qadın bıçaq yarası alıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Qurucana küçəsi ev 25-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Gülşən Yusubova ehtiyatsızlıqdan yıxılıb və əlində olan bıçaq bədəninə batıb.
G.Yusubova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qabırğaaltının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, hazırda yaralı əməliyyata götürülüb.
Fakt araşdırılır.