Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 800 manat və 5150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini G.Qəfərli saxlanlıb.