Hələ 21 yaşında idi: Qurtarmaq üçün atıldı, amma...



Türkiyənin Adana şəhərində gənc qız göldə  boğulub. Onu qurtarmaq istəyən yoldaşı isə ətrafdakı vətəndaşlar tərəfindən ip atılaraq sudan çıxarılıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə Çukurova qəsəbəsinin Topalak məhəlləsində baş verib. İddiaya görə, Çatalan körpüsünə gələn Sultan Nur M. (21), yoldaşı Səfa İ. (21) ilə gölə baxarkən qız yıxılıb. Səfa İ. heç düşünmədən yoldaşını qurtarmaq üçün körpüdən gölə atılıb. O, bir müddət göldə yoldaşını axtarıb, ancaq tapa bilməyib. Səfa İ. də boğulmaq təhlükəsi ilə üz-üzə qalıb və ətrafdakı vətəndaşlar gölə ip atıb. İpdən yapışan Səfa İ. çətinliklə quruya çıxıb, təcili yardımla xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn su polisi isə gənc qızı tapmaq üçün iş başlayıb. Qısa müddətdə sudan çıxarılan gənc qızın həyatını itirdiyi təyin olunub. 

Polis gənc qızın necə öldüyü istiqamətində araşdırmaya başlayıb. Araşdırma nəticəsində gənc qız intihar etdiyi, yoxsa yıxıldığı ortaya çıxacaq. 

Turan