Astarada qəza: Üç nəfər yaralanıb

Oktyabrın 6-da, axşam saatlarında Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təngərüd kənd sakini, 1994-cü il təvəllüdlü Əhməd Əsgərovun idarə etdiyi 90-MR-526 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili qarşıdan gələn həmkəndlisi, 1965-ci il təvəllüdlü Arzu Əsgərovun idarə etdiyi 99-GE-476 dövlət nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.

Yol qəzasında üç nəfər bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.