Bakının Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az -ın məlumatına görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb:
"İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".