Bakıda güclü külək fəsad törətdi 

Bakıda güclü külək fəsad törədib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Xətai prospektində baş verib.

Belə ki, təbiət hadisəsi zamanı ağacın budağı qırılıb və nəticədə yolun bir hissəsini tutub.

Dağıntı və tələfatın qeydə alınmadığı bildirilir.