"BMW"nin vurduğu piyada öldü

Bakıda baş verən yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA -nın məlumatına görə, qəza nəticəsində ölən şəxsin, 52 yaşlı Nadir Əlikişi oğlu Talıbov olması müəyyən edilib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza Tbilisi prospektində qeydə alınıb.
Belə ki,Xaqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan kişini vurub. Payada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.