Bakı-Quba yolunda qəza - 3 nəfər həyatını itirdi

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.