Səbail rayonunda avtomobil 40-45 yaşlı qadını vurub.
Oxu.Az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən və şəxsiyyəti hələlik naməlum olan təxminən, 40-45 yaşlı qadını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.