Boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürən ər saxlanılıb

Beyləqanda boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürən ər saxlanılıb.

APA -nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və
Epidemiologiya Mərkəzinə gedərək orada işləyən keçmiş həyat yoldaşı, 25 yaşlı Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayaraq öldürüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iş yerinə gələn N. İsmayılov söhbət etmək üçün K. Bəhrəmlini müəssisənin həyətinə çağırıb. Bir müddət mübahisə etdikdən sonra K. Bəhrəmlinin iş yoldaşları onları ayırmaq istəyib. bu vaxt keçmiş ər cibindən çıxardığı bıçaqla qadına bir neçə zərbə endirib.

Hadisəni törədən N. İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib.