Paytaxtda bıçaqlanma hadisəsi olub.
"Qafqazinfo"nun məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.