Tovuzda gənc oğlan qətlə yetirildi


Tovuzda qətl hadisəsi baş verib.

Qafqazinfo xəbər verir ki, hadisə rayonun Kür çayına yaxın ərazisində qeydə alınıb. Belə ki, Tovuz şəhər sakini, 1988-ci il təvəllüdlü İbrahimov Asif Elqam oğlu mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.