Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsindəki avtomobil qəzası nəticəsində ağır yaralanan gənclərdən biri oktyabrın 23-də saat 15 radələrində rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. Hadisə dünən saat 14 radələrində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Priora” markalı minik avtomobilinin aşması nəticəsində Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Əhməd Ağayev və Tərlan Məcidov ağır bədən xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Əhməd Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.