Bərdədə ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qarayusifli kəndi ərazisində qeydə alınıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov kənd ərazisində kabelə maneə yaradan ağacların budanması işini görərkən yıxılıb.
O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədov gecə saatlarında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.