Gəncədə qətl törədən şəxs tutulub. APA xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.
Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Dajban Nicat saxlanılıb. M.Əliyevin şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işlədiyi bildirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.