Türkiyənin İstanbul şəhərində Dolapdərə ərazisində yerləşən viza mərkəzinin yanında fələstinli Nasına Sudqi adlı bir kişi iranlı turist qadın Şərminə Berloidən pul tələb edib.
Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, turist qadın pul vermədikdə kişi əlində olan dəmir alətlə ona zərbələr endirib.
Bunu görən insanlar qadını kişinin əlindən xilas ediblər və kişini döyüblər. Həm qadın, həm də kişi xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.