Bakının Qaradağ rayonunda ana və oğlu dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 17 yaşlı oğlan və 48 yaşlı qadının dəm qazından zəhərlənməsi ilə bağlı səhər saat 08:56-da təcili tibbi yardıma məlumat daxil olub. Həkim briqadası hadisə yerinə çatanda hər ikisinin öldüklərinin şahidi olublar. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.