Azərbaycanda daha iki tələbə zəhərləndi (YENİLƏNİB)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin  zəhərlənməsi barədə məlumat yayıb.

AQTA-dan Oxu.Az-a bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.

AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək.

10:16

Nizami rayonu NZS qəsəbəsində zəhərlənən tələbələr evə buraxılıb.

3 saylı şəhər xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, axşam saatlarında xəstəxanaya çatdırılan tələbələr – 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğlu ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Onlar kirayələdikləri evdə turşu yediklərini bildiriblər.



09:12

Nizami rayonu NZS qəsəbəsində iki nəfər qidadan zəhərlənib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Onlara lazımi tibbi yardım göstərilib. Müalicələri davam etdirilir.