Gəncədə maşın piyadanı vurub öldürdü

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı vurulan piyada xəstəxanada ölüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1989-cu il təvəllüdlü Məlahət Musayeva bu gün yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.