Bakıda kran yanıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub


Bakı şəhərinin Yasamal rayonunda "KB-405" markalı birqülləli kranın kabinə hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kranın qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.