Rusiyada avtobus körpüdən çaya düşüb, 15 nəfər ölüb - YENİLƏNİB-1



Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda 43 sərnişin olub.

Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Nəticədə avtobus körpüdən çaya düşüb.

***

saat 12.12

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 10 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, şəxsi sahibkara məxsus avtobusda 43 turist olub. 

***

saat 11.31

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb.

APA-nın “REN TV” telekanalına istinadən verdiyi məlumata görə, avtobusda 18 sərnişin olub.

Hadisə yerinə xilasedicilər cəlb olunub.