Şirvanda kişi dəm qazından zəhərlənərək ölüb


Şirvan şəhərində 49 yaşlı kişi dəm qazından boğulub.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Xəqani küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.
Şirvan sakini, 1970-ci il təvəllüdlü Cəfərov Qurban Əlsoltan oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.
O, xəstəxanaya çatdırılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.