Bakı - Qazax şossesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində minik avtomobili dəmir arakəsməyə çırpılıb.
APA -nın xəbərinə görə, hadisə “Sədərək” ticarət mərkəzinin yaxınlığında baş verib.
67 yaşlı Əsgərov Fəxrəddin Heydər oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə dəmirdən olan yol ayrıcına çırpılıb. Nəticədə sürücü F.Əsgərov salonda sıxışıb qalaraq ölüb. Həmin avtomobildə iki sərnişin də xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.