Bakıda 39 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Nəsimi rayonunda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Minik avtomobili 1980-ci il təvəllüdlü Ramin Zərgərovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.