Rusiyanın Yaroslavl şəhərində azərbaycanlı bir nəfəri öldürəndən sonra qaçaraq Azərbaycanda gizlənib. Echo76.ru-nun xəbərinə görə, 27 yaşlı azərbaycanlı Braqino rayonuna gələrək qohumlarının yanında yaşayıb.
2015-ci ildə o mübahisə etdiyi tanışını tövlədə bıçaqlayaraq öldürüb.
Daha sonra isə həmin şəxs qaçaraq Azərbaycanda gizlənib.
Sonradan Azərbaycanda tapılan şəxsə qarşı açılan cinayət işi materialları Yaroslavl vilayət prokurorunun tələbi ilə Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən Azərbaycan Baş Prokurorluğuna göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayəti törədən azərbaycanlı 17 il azadlıqdan məhrum edilib.