Ana və iki azyaşlı övladı yanğından xilas edildi

Türkiyənin İstanbul şəhərində ana və iki övladı yanğından xilas edilib.

DHA-nın xəbərinə görə, Kağıthanə rayonunda altı mərtəbəli binanın beşinci mərtəbəsində elektrik panelinin partlaması nəticəsində yanğın baş verib.

Yanğın zamanı yaranan kəskin tüstü nəticəsində beçinci mərtəbədə yaşayan qadın və iki azyaşlı uşağı köməksiz vəziyyətdə qalıblar.

Onlar yanğınsöndürənlərin köməyi ilə xilas ediliblər.