Salyanda ailə faciəsi: 3 nəfər can verdi 

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.
Belə ki, "Mitsubishi"markalı minik avtomobilinin aşması nəticəsində bir ailənin 5 üzvü  - sürücü Hacıyev Ələsgər Aqil oğlu, Məmmədov Həsən Abdul oğlu, Məmmədova Zemfira Seyfulla qızı, Məmmədova Təranə Saleh qızı, və Məmmədova Şükriyyə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Təranə Məmmədova, Zemfira Məmmədova və Ələsgər Hacıyev xəstəxanada ölüblər.
Faktla bağlı araşdırma aparılır.