Ana və 5 yaşlı qızı qazdan zəhərləndi



Gəncədə zəhərlənmə hadisəsi olub.

Qafqazinfo xəbər verir ki, şəhərin Bağmanlar adlanan ərazisində yaşayan 27 yaşlı Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ana və azyaşlı övladı evdə qaz sobasının sönməsi nəticəsində otağa dolan qazdan zəhərləniblər.