“KamAZ” “Jiquli” ilə toqquşdu: sürücülərdən bir öldü


Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə yanvarın 2-də H. Əliyev prospektində qeydə alınıb. 28 yaşlı Mail Habil oğlu Manafovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Rafiq Süleyman oğlu Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Nəticədə "VAZ-2107"nin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Maşında sıxılmış vəziyyətdə qalan meyiti FHN-nin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.