Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-in saytında xəbər verilir ki, yanğın barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).