İstanbuldan Konyaya gəlib, boşanma mərhələsində olan əri Tufan Karabulakın birlikdə yaşadığı Aynur Süngülünü tapançayla vuraraq öldürən Özlem Karabulak, polisdəki sorğusundan sonra ədliyyəyə sövq edilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Karabulak ifadəsində Aynur Süngülünün davamlı olaraq ona təhrik edən mesajlar göndərdiyini bildirib: k, ''Həyat yoldaşım onunla birlikdə yaşamağa başladıqdan sonra Aynur mənim cib telefonuma "Ərini əlindən aldım. Sən qadınsanmı? Qadın olsaydın, səni buraxmazdı?" deyə mesajlar yazırdı. Mesajlarla bərabər ərimin aldığı bilərzik və ya digər hədiyyələri davamlı təhrik məqsədi ilə mənə göndərirdi. Bir neçə dəfə xəbərdarlıq etməyimə baxmayaraq təhrikedici davranışlarını davam etdirdi. Mən də xəbərdarlıq etmək üçün evə gəlmişdim. Öldürmək niyyətim yox idi. Bir anda tapançanı çıxarıb, atəş açdım"' deyib.
Özlem Karabulak, 'Ərim daha əvvəl də başqa bir qadınla birlikdə yaşadı, hətta bir uşağı oldu. O qadın belə tərbiyəsizliklər etməzdi'' deyə bildirib.
Karabulakın hadisə zamanı istifadə etdiyi və qaçarkən bir evin bağçasına atdığı tapança polis tərəfindən tapılıb.
Turan