Türkiyənin Diyarbəkir şəhərində baş vermiş qandonduran hadisə toplumu ayağa qaldırıb.
"Sherg.az" "Hurriyet.com.tr"yə istinadən xəbər verir ki, şəhərin Hani qəsəbəsində hələlik kimliyi müəyyən edilməyən şəxs el arasında “Alman avçarkası” kimi tanınan itin boğazına kəndir bağlayaraq onu ağacdan asıb.
Ağacdan asılı qalan çarəsiz heyvan nəfəsi kəsilənədək çapalayıb və ölüb. Tükürpərdici hadisəni video-lentə köçürən şəxs bunu sosial şəbəkələrdə paylaşıb.
Heyvansevərlərin sərt etirazı və şikayətləri nəticəsində hüquq-mühafizə orqanları onun tapılması üçün axtarış elan ediblər.
Sosial şəbəkə istifadəçiləri iti vəhşicəsinə öldürən şəxsin tezliklə tapılaraq ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər.