Qusarda “VAZ” yol kənarına aşıb


Qusar rayonunda VAZ” markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunda “VAZ” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.