Son günlər haqqımda xoşagəlməz söz-söhbətlər gəzir ki, Vüqar xəsarət alması ilə bağlı qara piarla özünü reklam edir. Bu həqiqəti əks etdirmir. Yalandır. Heç zaman ucuz reklamlara ehtiyacım olmayıb.
Bu sözləri ötən həftə haqqında dəhşətli qəza xəbəri yayılan, üzü isə tanınmaz vəziyyətə düşən Vüqar Muradov deyib.
O, qəzaya düşən adaşı Muradov Vüqar Fərhad oğluna evində baş çəkərək, Azərbaycan xalqından onun üçün kömək istəyib.
"Vüqarın mənə çox oxşarlığı var. O, gördüyünüz kimi çox pis vəziyyətdədir. Qəzaya düşəndə insanın üzü qan içində, çox şiş olur. Mənim də üzüm yumuru olduğu üçün bir-birimizə çox bənzəmişik. Hazırda mən yardıma ehtiyacı olan dostumuz, adaşımın yaşadığı Maştağa kəndindəyəm. Gəlmişəm ona dəstək olmağa. Əziz xalqım, sizdən Vüqar qardaşımıza köməklik istəyirəm. Narahatlığa görə sizin önünüzdə baş əyirəm. Məndən çox narahat olmusuz. Bu qədər məni axtarıb, zəng vurmusuz. Bu qədər dəstəyə hazır olmusuz. Həmin o dəstəyi adaşım üçün sizdən rica edirəm", - müğənni "İnstagram" profilindəki paylaşımında bildirib.
(oxu.az)