Bakı-Sumqayıt yolunda “kamikadze” sürücü peyda oldu

Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü kameraya düşüb. 

Oxu.Az xəbər verir ki, “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil sürət həddi 90 km/saat olan yolda ən sol zolaqla əks yola çıxıb. 

Həmin görüntülər Bakı istiqamətində hərəkət edən avtomobillərdən birindəki kameraya əks olunub. 

Görüntülər yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.