Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
35 yaşlı X.N. və 38 yaşlı N.Q. Kvemo-Kartli Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb.
Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.