AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb

Rusiyada AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İstintaq Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacaq.

O da qeyd olunub ki, hazırda mülki və hərbi mütəxəssislərin izahatları alınır.

Kremlin məlumatında o da bildirilib ki, hazırda Azərbaycanın Baş Prokurorluğunun Qroznıda olan iki əməkdaşı Qroznıya ezam edilərək, Rusiyanın Baş Prokurorluğunun və Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər aparır.

Eyni zamanda Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq strukturları Aktau şəhərinin qəzanın baş verdiyi ərazisində birgə fəaliyyət göstərirlər.